...

Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri BP-nin Caspian Sea şirkətinin vitse-prezidenti ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2006 19:11 (UTC +04:00)

Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev BP-nin Caspian Sea şirkətinin vitse-prezidenti Fil Houmla görüşüb. Trend in xəbər verdiyi kimi, bu barədə DGK-nın mətbuat xidmətinin məlumatında deyilir.

A.Əliyev qeyd edib ki, Azərbaycanın neft strategiyası çərçivəsində gömrük nəzarətinin operativliyinin artırılması və rəsmiləşdirilməsi üçün bir sıra işlər həyata keçirilib. Xüsusilə, "Sahil" və "Yeni Sahil" gömrük terminalları açılıb. Onun sözlərinə görə, əməkdaşlığın inkişafında ikitərəfli əlaqələr və gələcəkdə keçiriləcək görüşlər böyük rol oynayır.

Fil Houm BP şirkəti və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığı yüksək qiymətləndirib. Onun sözlərinə görə, DGK Azərbaycanda həyata keçirilən layihələrdə müstəsna rol oynayır.

Xəbər lenti

Xəbər lenti