...

Azərbaycan karbon maliyyələşdirməsi sahəsində Dünya Bankına 15-ə yaxın layihə təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2006 10:56 (UTC +04:00)

Azərbaycan hökuməti karbon maliyyələşdirməsi sahəsində Dünya Bankına 15-ə yaxın layihə təqdim edib. Hökumətdən Trend ə verilən məlumata görə, "Azərenerji" SC-nin bütün layihələri praktiki olaraq hamısı bu sahəyə aiddir, Çünki atmosferə karbon qazının tullantılarının böyük hissəsi elektrik stansiyaları tərəfindən baş verir və bu tullantıların həcminin azaldılması üçün elektrik stansiyalarının müasirləşdirilməsi lazımdır. DB öz növbəsində donorların axtarışında kömək etməyə hazırdır.

Təqdim olunan layihələr arasında AzDRES, Mingəçevir SES (iki bloku), "Şimal" DRESpin ikinci bloku, Əli Bayramlı DRES, modul elektrik stansiyaları, yüksək cərəyanlı Elektrik Verici Xəttlər də var. Tullantıların azaldılması üçün ekoloji məsələlər kiçik şəhərlərdə su təchizatı sisteminin və kanalizasiyanın bərpası, Hövsandakı təmizləmə qurğusunun, zibil emal edən zavodların tikintisi üzrə layihələr çərçivəsində həyata keçirilməlidir.

DB bu layihələr üzrə tullantıların ümumi həcminin qiymətləndirilmək, daha sonra isə maliyyələşdirmə məsələlərini müzakirə etmək niyyətindədir. Hələ 1998-ci ildə Azərbaycana Yaponiya hökuməti ilə "Şimal" DRES-in ikinci blokunun tikintisi layihəsi üzrə analoji yardım təklif olunmuşdu.

Xəbər lenti

Xəbər lenti