...

Antiinhisar Departamenti mobil telefon bazarında pozuntular aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2006 15:05 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti Departamenti tərəfindən mobil telefonların idxalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərində ölkə istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin vəziyyəti ilə bağlı 6 idxalçı- topdansatış və 10 pərakəndə satış mağazasından ibarət ümumilikdə 16 təsərrüfat subyektində monitorinq aparıb. Bu barədə Trend Departamentin press-relizinə istinadən məlumat verib.

Monitorinqin nəticələri göstərib ki, əksər mağazalarda satılan malların qaimə-fakturalarının və digər sənədlərinin olmadığı aşkar edilib. Bundan əlavə, yerli operatorlar xaricdə yalnız bir operatolrda istifadə olunması nəzərdə tutulan, şərti qiymətə satılması nəzərdə tutulmuş və bloklaşdırılmış telefonların idxal olunaraq icazəsiz onların proqram təminatına müdaxilə edilməsi və bloklaşma açıflaraq yerli operatorların istifadəsi üçün y1ararlı vəziyyətə salınaraq satılması aşkar edilib.Məlumatda bu bazarda monitorinqin davam etdirildiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti