...

Müstəqil auditorlar Fondel Metall tərəfindən "Azəralümin" CS-yə qoyulmuş sərmayələrin həcmini araşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2006 15:34 (UTC +04:00)

Alümin sənayesinin inkişafı üçün qoyulacaq sərmayələr Hollandiyanın Fondel Metall CS-i tərəfindən bu sahəyə qoyulmuş vasaitini üstələyəcək. Trend agentliyinin məlumatına əsasən, bu haqda jurnalistlərə Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsiin sədri Kərəm Həsənov bildirib.

Dövlət Komitəsi "Azəralümin" CS-nin dövlət balansına keçirilməsi ilə əlaqədar onun fəaliyyətinin inkişafı və səmərəli təşkili üzrə təkliflər hazırlayır.

Belə bir zərurət Fondel Metall-la idarəçilik haqqında sazişin pozulmasından sonra yaranıb. Belə ki, şirkət üç il ərzində $202 mln əvəzinə cəmi $48 mln. sərmayə qoyub. Hazırda müstəqil auditorlar "Azəralümin" CS-yə qoyulmuş sərmayələrin real həcmini araşdırır. Müqavilənin imzalanmasından kifayət qədər vaxt keçsə də, Daşkəsən alümin yatağı hələ də fəaliyyət göstərmir.

Xəbər lenti

Xəbər lenti