UniBank kommersiya bankının Kredit Komitəsi ilk ipoteka kreditinin ayrılmasını təsdiqləyib. Ümumi həcmi 25 900 AZN olan kredit vəsaiti borc götürənə illik 12%-lə 15 il müddətinə verilib. Trend in məlumatına görə, bu barədə bankın press-relizində bildirilir.
"Bu gün ipoteka krediti fiziki şəxslərə kreditlərin verilməsi sahəsində ən çox tələb olunan xidmətlərdən biridir. Bununla əlaqədar, ipoteka kreditinin təsdiqlənməsi bankın kredit siyasətinin əsas istiqamətlərindən biri olan bu cür maliyyələşdirmənin inkişafında ilk addımdır ", - deyə UniBank-ın riteyl xidmətləri üzrə direktoru Faiq Zeynalov bildirib.
UniBank-ın agent olduğu İpoteka Fondunun proseduralarına görə, ipoteka kreditini Azərbaycanın həddi-buluğa çatan, kredit müddəti başa çatana kimi yaş həddi pensiya yaşını ötməyən istənilən vətəndaşı ala bilər. Fondun nəzərdə tutulan qaydalarına görə ipoteka kreditinin müddəti 3 ildən 15 ilə qədər, faiz dərəcələri isə illik 12% ola bilər.
İpoteka maliyyələşdirməsinin qaydalarına görə, kreditlər Azərbaycan vətəndaşlarına manatla verilir və bir borc götürənə verilən kreditin həcmi 30 min denominasiya olunmuş manat ola bilər. Bu zaman kreditin məbləği alınan daşınmaz əmlakın ümumi dəyərinin 70%-ni keçməməlidir. Kredit özü isə onunla bağlı öhdəliklərin aylıq məbləğinin borc götürənin gəlirlərinin 50%-dən çox olmamalıdır. İpoteka krediti girovla təmin olunmalıdır.