...

2006-cı ilin I rübündə Azərbaycanda tikinti işlərinin həcmi 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2006 11:35 (UTC +04:00)

Yanvar-mart aylarında Azərbaycanda 414,8 mln manat məbləğində tikinti işləri həyata keçirilib ki, bu da 2005-ci ilin analoji göstəricisi ilə müqayisədə 20,1 % çoxdur. Trend in Dövlət Statistika Komitəsinə istinadən xəbər verdiyi kimi, inşaat sektorunda dövlət müəssisələri tərəfindən 54,2 mln manat (13,1%), özəl müəssisələr tərəfindən isə 360,6 mln manat (86,9%) dəyərində xidmət göstərilib.

Tikinti işlərinin ümumi həcminin 80,3%-i və ya 333, 3 mln manatı yeni tikililərin, bərpa və genişləndirmə işlərinin, 12% və ya 49,7 mln manatı əsaslı təmir, 4% və ya 16,5 mln manat - cari təmir, 3,7% və ya 15,3 mln manat isə digər tikinti işlərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti