...

Azərbaycanda ÜDM 40 faizə qədər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2006 14:10 (UTC +04:00)

Cari ilin I rübü ərzində Azərbaycanda ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə 39,5% artıb. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, 1 aprel 2006-cı ilə olan vəziyyət üzrə ÜDM göstəricisi cari qiymətlərlə 3223 mln. AZN-ə bərabər olub. Adambaşına düşən ÜDM-nin həcmi 37,9% artaraq 387 AZN ($423,4) təşkil edib.

ÜDM-də istehsalın payı 58,7% artaraq 68,6%-ə (2210,2 mln AZN) bərabər olub. Xidmətlər sahəsində əlavə dəyər ötən illə müqayisədə 10,3% artsa da, ÜDM-də xüsusi çəki 31,4%-dən 24,3%-dək azalıb.

Xalis məhsul və idxal vergisi ÜDM-də 7,1% təşkil edib. Bu dövr ərzində sənayedə ÜDM göstəricisi 1872,7 mln AZN-ə (58,1%) bərabər olub. Kənd təsərrüfatı, ovçuluq sektoru və meşəçilikdə əlavə dəyər göstəricisi - 53,2 mln AZN (1,7%), inşaat sektorunda - 284,3 mln. AZN (8,8%), nəqliyyat sektorunda - 200,6 mln. AZN (6,2%), rabitə sektorunda - 65,7 mln. AZN (2%), pərakəndə və topdan satış ticarətdə, avtomobil sahəsində, şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər sahəsində - 224,2 mln. AZN (7%), restoran və mehmanxana sektorunda - 24,7 mln. AZN (0,8%), sosial və digər xidmətlər sahəsində isə - 267,2 mln. AZN (8,3%) təşkil edib.

Xəbər lenti

Xəbər lenti