...

Azərbaycanın Nəqliyyat Nazirliyi daxili vəsaitlər hesabına Muğanlı-Qəbələ yolunu yenidən qurmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2006 11:09 (UTC +04:00)

2006-cı ilin sonunadək Azərbaycanın Nəqliyyat Nazirliyi Muğanlı-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin gerçəkləşdirilməsinə başlamaq niyyətindədir. Bu işlərin daxili sərmayə hesabına həyata keçirilməsi nəzərdə tutulur. Trend in xəbər verdiyi kimi, bu barədə Nəqliyyat Nazirliyinin "Yolnəqliyatservis" Departamentinin rəhbəri Cavid Qurbanov məlumat verib.

Bu yolun uzunluğu təxminən 76 km-dir. Layihənin gerçəkləşdirilməsi üçün təxminən $70 mln lazımdır. Bakı - Şamaxı - Muğanlı yolunun yenidən qurulması üzrə işlər isə Dünya Bankının $200 məbləğində ayırdığı kredit hesabına həyata keçiriləcək. Kredit sazişinin yaxın vaxtlarda imzalanacağı gözlənilir. Kreditin bir hissəsi Ələt-Astara avtomobil magistralının yenidən qurulması layihəsinə xərclənəcək.

Xəbər lenti

Xəbər lenti