...

Bakıda yük aviadaşımaları üzrə birinci Xəzər sammiti keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2006 15:11 (UTC +04:00)

"Bakı yük daşımalarının mərkəzidir. Bu, yüklərin Azərbaycana cəlb olunmasına və səmərəli daşınmasına imkan verir". Trend in xəbər verdiyi kimi, bu barədə "Azərbaycan hava yolları" DK-nın baş direktoru Cahangir Əsgərov mayın 16-da Bakıda aviadaşımalar üzrə birinci Xəzər sammitinin açılışında bəyan edib.

Onun sözlərinə görə, hava daşımalarının təhlükəsizliyi sahəsində yeni texnologiyaların tətbiqinə böyük diqqət ayrılır, aviasiya parkının bərpası üçün işlər görülür.

"2005-ci ilin mayında hava limanında beynəlxalq daşımalarda mühüm rol oynayan və AzALın 18 müəssisəsindən biri olan yük terminalı istismara verilib", - deyə o bildirib.

İkigünlük sammit çərçivəsində Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yük daşımaları mərkəzi kimi Bakının rolunun gücləndirilməsi imkanları müzakirə olunacaq. Sammitdə 25 ölkədən 150-dən çox nümayəndə heyəti iştirak edir. Sammitin təşkilatçısı Silk Way yük və İsveçin Euroasia International aviasiya konsaltinq şirkətləridir.

Sammitdə Swiss Freight International Cargo Lux, , SRX, Panalpina, Air Freight, ZAO "Domodedovo hava limanı", IATA, Dubay Cargo Iillage, ACT Airelines, AerBridg Cargo, Air France Cargo, Austrian Cargo şirkətlərinin nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti