...

Azərbaycan öz sərhədlərindən keçidin sadələşdirilməsi imkanlarını nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2006 14:17 (UTC +04:00)

Bu gün üçün aparılan qiymətləndirmələrə görə, hər hansı MDB ölkəsinin sərhədindən avtomobil nəqliyyatı vasitələrinin keçidi üçün orta hesabla 30 saat vaxt lazım gəlir ki, bu da yükdaşınmalarının azalmasına təsir göstərir və daşınmaların bahalaşmasına gətirib çıxarır. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

Avropa ölkələrində analoji göstərici 8 saata bərabərdir. "Bu problemin həll olunması üçün ilk növbədə, mövcud vəziyyətə uyğun gələcək qanunvericilik bazasını təkmilləşdirmək zərurətdir", -deyə Nazirlikdən bildiriblər.

Sərhəddən keçidin sadələşdirilməsi üzrə layihə TRACECA nəqliyyat dəhlizi çərçivəsində Britaniyanın Scott Wilson şirkətti tərəfindən reallaşdırılıb.

Azərbaycan da öz sərhədlərindən keçidin sadələşdirilməsi imkanlarını nəzərdən keçirir. Sərhəddən keçidi sadələşdirməyə imkan verən ödənişlərin kart sisteminin tətbiqi ehtimal edilir. Dövlət Gömrük Komitəsi Gürcüstan gömrükçüləri və Almanyianın Dornier System Consult şirkəti ilə Gürcüstan-Azərbaycan sərhədindən keçidin sadələşdirilməsi layihəsini hazırlayır.

Əvvəlcə yeniliyin təkcə TIR sistemində daşınmaları həyata keçirən avtomobillərə tətbiq edilməsi nəzərdə tutulub. Bu sistem avtodaşayıcılara Cornet-TIR vahid zəmanət kitabçasının verilməsini nəzərdə tutur. Onlar bununla gömrük rüsumlarından, tranzit ölkənin gömrüyündə yığımdan və yüklərin yoxlanılmasından azad olmağa imkan verir.

Gələcəkdə layihənin genişləndirilməsi nəzərdə tutulub. Sərhəddə bir sıra xidmətlərin birləşdirilməsinin mümkünlüyü nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti