...

Türkiyənin İxracatın İnkişafı üzrə Layihə Mərkəzi (İGEME) Azərbaycan bazarını öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2006 15:14 (UTC +04:00)

Türkiyə Xarici Ticarət İdarəsi yanında İxracatın İnkişafı üzrə Layihə Mərkəzindən (İGEME) bildiriblər ki, Azərbaycan bazarını ölkə sahibkarları üçün böyük imkan kimi nəzərdən keçirmək lazımdır.

Trend in Türkiyədəki xüsusi müxbiri Mərkəzə istinadən yazır ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsindən sonra Azərbaycanda quruculuq işləri xeyli güclənəcək.

"Yaxın 15 ildə ölkəyə neft ixracatından daxil olan valyuta vəsaitləri 50 mlrd. dollar təşkil edir. Gəlirləri nəzərə almaqla, 2008-ci ildə Azərbaycanın ÜMM-si 22,6 mllrd. dollara çata bilər. Özəl sektorun çəkisi 73%-dən 85%-ə qədər artacaq. Proqnozlara əsasən, gəlirlərin artımı ilə qeyri-neft sektoruna kapital qoyuluşunun artırılmasına xüsusi diqqət verilicək. 2008-ci ildə bu göstərici 16,8 mllrd dollar ola bilər"- deyə İGEME-dən bildiriblər.

Araşdırmalarda qeyd olunur ki, inkişaf etmiş insan potensialı, neft, qaz, qızıl ehtiyatları və pambıqla zəngin Azərbaycan Türkiyə üçün əməkdaşlıq baxımından prioritet istiqamət olmalıdır. Coğrafi şərait və MDB ölkələri ilə ənənəvi əlaqələr ölkəni müxtəlif məhsulların istehsalı və ixracı baxımından perspektivli edir.

İGEME-nin verdiyi məlumatlara əsasən, 2006-cı ilin yanvar-mart aylarında Türkiyənin Azərbaycana ixracatının həcmi 131,5 mln. dollara, idxalının həcmi isə 37,4 mln. dollara çatıb.

Xəbər lenti

Xəbər lenti