...

Azərbaycanın neft-kimya kompleksi Amerika sərmayədarlarının iştirakı ilə İnvestisiya Şirkətinin iştirak payı hesabına yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2006 15:32 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi Amerika şirkətləri ilə Azərbaycanda iri neft-kimya kompleksinin tikintisi ilə bağlı danışıqları davam etdirir. "Biz həmin şirkətlər tərəfindən Abu-Dabidə analoji layihələrin tətbiqi ilə tanış olmaq üçün bu ölkəyə səfər etmək niyyətindəyik. Bu şirkətlər dünyanın müxtəlif ölkələrində iri zavodlara malikdir və Azərbaycana böyük maraq göstərir". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 8-də keçirilmiş mətbuat konfransında iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin iştirak payı hesabına neft-kimya kompleksinin yaradılması ilə bağlı bu cəlbedici təşəbbüs barədə ölkə başçısına da məlumat verilib.

Kompleksin yaradılmasına qoyulacaq sərmayənin həcmi təxminən $500 mln.-$600 mln təşkil edir. Amerikalıların yeganə şərti Azərbaycan hökuməti tərəfindən müntəzəm xammal tədarükünə zəmanətin verilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti