...

BVF missiyası Azərbaycanın dövlət borcunun idarəsi üzrə təcrübəsi ilə tanış olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2006 19:00 (UTC +04:00)

Azərbaycanda dövlət borcunun idarə olunma təcrübəsinin funksional icmalının keçirilməsi üçün Beynəlxalq Valyuta Fondunun (BVF) məsləhətçi eksperti Darioş Farsimadan iyunun 12-dən 16-a qədər Bakıda olacaq. Bu barədə Trend ə BVF-nun Bakı nümayəndəliyində xəbər veriblər. Fondun missiyası BVF-in Mərkəzi Asiya və Azərbaycanda dövlət borcunun idarəsi üzrə regional texniki yardım layihəsinin dəstəyi ilə həyata keçiriləcək.

Səfər zamanı məsləhətləşmələr əsasən ölkənin Maliyyə Nazirliyinin xarici iqtisadi münasibətlər idarəsində keçiriləcək.

BVF-in regional layihəsi bu yaxınlarda dövlət borcunun idarəsi və qiymətli kağızlar bazarının inkişafının təkmilləşdirilməsi çərçivəsində imkanların genişləndirilməsi haqqında qərar qəbul etmiş İsveçrənin iqtisadi məsələlər üzrə Dövlət katibliyinin (Seco) texniki yardımı ilə həyata keçirilir. Texniki yardımın həcmi 2 milyon dollar, layihənin reallaşma müddəti isə 3 ildir. Layihə BVF-in Texniki idarəetmə ofisi tərəfindən həyata keçiriləcək və Azərbaycan, Qırğızıstan və Tacikistan üçün nəzərdə tutulub. Texniki yardımın ümumi həcmindən Azərbaycana 30% veriləcək.

BVF-nun nümayəndəliyində qeyd ediblər ki, hazırda danışıqlar gedir və qiymətli kağızlar bazarının inkişafı üçün məsləhətləşmələr digər missiya çərçivəsində veriləcək.

1 yanvar 2006-cı ilə olan vəziyyətə görə Azərbaycanın xarici borcunun ümumi həcmi 1,741 milyard dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti