...

Azercell yeni PayCELL xidmətini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2006 11:37 (UTC +04:00)

Azercell Telecom İB Azercell faktura xəttinin abunəçiləri və SimSim/GencSim/Bizden Bize abunəçiləri üçün yeni PayCELL xidmətini təqdim edib. Şirkətin mətbuat xidmətinə əsasən Trend in verdiyi xəbərə görə, yuxarıda göstərilən abunə qrupları PayCELL xidmətindən istifadə edərkən, öz balanslarından SimSim/GencSim/Bizden Bize abunəçilərinin balansına müəyyən sayda kontur köçürə bilərlər.

PayCELL xidmətindən fəal statusa malik abunəçilər istifadə edə bilərlər. Azercell faktura xəttinin abunəçisi tərəfindən SimSim/GencSim/Bizden Bize abunəçilərinin balansına kontur köçürülən zaman onun hesabından 2200AZM/0,44 AZN (ƏDV-siz) çıxılır və SimSim/GencSim/Bizden Bize abunəçilərinin balansına 100 kontur köçürülür.

Xidmətdən istifadə qaydaları aşağıdakı kimidir: A abunəçisi B abunəçisinə kontur köçürmək üçün o, bu abunəçinin mobil telefonunun nömrəsini göstərməklə, 9200 nömrəsinə qısa mesaj göndərir. Abunəçi həmçinin +99450, 0099450, 050, 50 formatlı SMS də göndərə bilər.

SimSim/GencSim/Bizden Bize abunəçilərinin balansına 100 kontur köçürmək üçün 9200 nömrəsinə göndərilən SMS-in dəyəri 200AZM/0,04 AZN (ƏDV-siz) və ya 10 konturdur. Uğursuz kontur köçürməsi zamanı 9201 nömrəsindən SMS almaqla, 2000AZM/0,40 AZN (ƏDV-siz) abunəçiyə qaytarılacaq.

Gün ərzində abunəçilər PayCELL xidmətindən yalnız 3 dəfə istifadə edə bilərlər. PayCELL xidmətindən hər uğurlu istifadə zamanı abunəçi bu barədə SMS vasitəsilə xəbərdar ediləcək.

Xəbər lenti

Xəbər lenti