...

"Azəriqazbank" və BMK Azərbaycan bankının 17,5% səhmlərinə abunə haqqında müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2006 18:56 (UTC +04:00)

Bu gün Bakıda "Azəriqazbank" və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycan bankının 17,5% səhmlərinə abunə və ticari maliyyələşdirmə üçün 5 illik müddətə $1 mln. həcmində kredit xəttinin açılması haqqında müqavilə imzalayıb.

Trend agentliyinin məlumatına əsasən, sövdənin dəyəri $2,3 mln. təşkil edir. "Azəriqazbank" sədrinin sözlərinə görə, bu, bankda keyfiyyət dəyişikliklərinə gətirəcək böyük əməkdaşlığın başlanğıcıdır.

İmzalama mərasimində BMK-nın maliyyə bazarları üzrə regional direktoru Martin Kimmik iştirak edib.

BMK-nın Azərbaycandakı nümayəndəsi Aliyə Əzimovanın dediklərinə görə, "Azəriqazbank" BMK ilə maliyyə bazarında əməkdaşlıq edən pioner olaraq qalır. BMK- "Azəriqazbank" əməkdaşlığı 1998-ci ildə başlanıb və bank üçün kiçik və orta sahibkarlağın inkişaf etdirilməsi məqsədilə kredit xətti açılıb. O qeyd edib ki, BMK 2006-cı ildən "Azəriqazbank" ilə daha strateji əməkdaşlığa başlayıb ki, bu da 8 illik işin nəticəsidir.

"2006-cı ildə bank BMK-nın korporativ idarəetmə standartlarnın tətbiqinə texniki yardım layihəsində pioner olub. Bankın kapitalında iştirak onun gələcək inkişafına kömək edəcək və kiçik və orta sahibkarlığın maliyyəşdirilməsi baxımından məhsuldar olacaq"- deyə o əlavə edib.

Bir ay ərzində bankın səhmdarları ilə səhmlərin alınması haqqında saziş imzalanacaq. Azərbaycan bankının səhmlərinin alınması əlavə emissiya hesabına həyata keçirilir.

Ç.Əsədullayevin sözlərinə görə, iyunun sonuna qədər BMK, Azəriqazbank və Asiya İnkişaf Bankı üçtərəfli saziş imzalayacaq. Nəticədə bankın kapitalı 12 mln. manata qədər artacaq.

Asiya bankı "Azəriqazbank"ın ikinci xarici səhmdarı olacaq. Ona Azərbaycan bankının nizamnamə kapitalının 17,5%-i veriləcək və sövdənin dəyəri BMK ilə bağlınmış sövdənin dəyəri qədər olacaq.

Hazırda "Azəriqazbank"ın nizamnamə kapitalı 7 mln 200 min manat, ümumi kapital isə 8,7 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti