...

Vergilər Nazirliyi təxminən 1000 POS terminal qeydiyyata alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2006 17:26 (UTC +04:00)

2006-cı ilin əvvəlindən Vergilər Nazirliyi Nazirlər Kabinetinin ticarət obyektlərində montaj meyarlarının müəyyənləşdirilməsi qaydasına müvafiq olaraq təxminən 1000 POS terminal qeydiyyata alıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Planlaşdırma İdarəsinin rəisi Akif Musayev xəbər verib.

Onun sözlərinə görə, ticarət obyektlərinin POS terminallarla təmin olunması Azərbaycanın ödəniş sisteminin təkmilləşdirilməsi haqqında ölkə prezidentinin sərəncamına uyğun keçirilir.

A.Musayev hesab edir ki, birinci növbədə büdcə təşkilatları işçilərini əmək haqlarını almaları üçün plastik kartlarla təmin etmək lazımdır. "Banklar bu istiqamətdə fəallaşmalıdır" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti