2006-cı ilin sonuna qədər Kapitalbank prezident sərəncamına müvafiq olaraq nağdsiz hesablaşmaya keçid üzrə tədbirlər çərçivəsində 350-dən çox POS-terminalların quraşdırılmasını planlaşdırır. Kapitalbank idarə heyətinin sədri Rauf Rzayevin Trend ə verdiyi xəbərə görə, bu günə qədər artıq 90 POS-terminal quraşdırılıb. Bunun üçün böyük istəyi olmayan ticarət obyektləri, xidmət sahələrinin sahibləri ilə problemlərlə əlaqədar bu proses asta templərlə gedir. Bununla bağlı bankir bu məsələni banklarla, prosessinq mərkəzi, vergi orqanları ilə müzakirə olunmasının zəruri olduğunu bildirib.
Azərbaycanın Beynəlxalq bankı bu günə qədər ticarət obyektləri və xidmət sahələrində 200 POS-terminal quraşdırıb, "Azərikard" tərəfindən isə daha 5 min ədəd POS-terminal alınıb və onların ilin sonuna qədər quraşdırılması nəzərdə tutulur.
Problemlərin həlli üçün Vergilər nazirliyi xidmət sahələrində birləşdirilmiş kassa aparatlarının və POS-terminalların güzəştli qiymətlərlə quraşdırılmasının üzərində işləyir. Onların kassa aparatları ilə birgə tətbiqi nağd tədavülü nizama salmağa və vergi ödənişlərindən yayınma hallarının azaldılmasına imkan yaradacaq.
Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara əsasən POS-terminallar minimum aylıq dövriyyəsi 5 milyon manatdan az olmayan obyektlərdə quraşdırılmalıdır. Onlar mehmanxanalarda, beynəlxalq və şəhərdaxidi sərnişin daşınması üzrə bilet satışı ilə məşğul olan müəssisələrdə, avtovağzallarda, əyləncə obyektlərində tətbiq ediləcək.