...

Azərbaycan Çelyabinsk vilayəti ilə hökumətlərarası saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2006 13:29 (UTC +04:00)

İyulun 5-də Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində danışıqların yekunu üzrə iqtisadi inkişaf naziri Heydər Babayev və Çelyabinsk qubernatorunun müavini Valentin Buravlyov arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Bu barədə Trend ə İİN-dən məlumat verilib.

Ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası saziş, o cümlədən danışıqların yekunu üzrə protokol imzalanıb. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Ulyanov, Saratov və Sverdlovsk vilayətləri ilə də analoji sazişlər imzalayıb.

Nazirlikdə hesab olunur ki, bu sazişlər Azərbaycan və Çelyabinsk vilayəti arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti