...

Bakıda şimal-şərq regionlarının inkişafı çərçivəsində seminarın keçirilməsi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2006 14:39 (UTC +04:00)

Avqust ayına qədər Bakıda Beynəlxalq kənd təsərrüfatının inkişaf fondu (İFAD) tərəfindən həyata keçirilən, Azərbaycanın şimal-şərq regionlarının inkişafına (North Development Project) yönəlmiş layihə çərçivəsində beynəlxalq seminar keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatı kreditləri üzrə dövlət agentliyinin Trend ə verdiyi xəbərə görə, tədbirin dövlət qurumlarının, beynəlxalq təşkilatların və İFAD-ın nümayəndələrinin iştirakı ilə iyulun sonunda və ya avqustun əvvəlində keçirilməsi planlaşdırılır.

Layihə 15012 ailənin yaşama şəraitinin yaxşılaşmasına səbəb olacaq. Abşeron, Siyəzən, Dəvəçi və Xızıda ikinci və üçüncü dərəcəli suvarmalar, əsasən yoxsulluq səviyyəsinin azaldılmasına yönəldilmiş marketinq işləri həyata keçiriləcək. Layihə çərçivəsində həmçinin bölgələrdə təxminən 4 milyon 500 min ABŞ dolları məbləğində orta müddətli kreditlərin verilməsi də nəzərdə tutulur.

Layihənin ümumi dəyəri 25 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti