...

Azərbaycan və İndoneziyanın Ticarət-Sənaye Palataları əməkdaşlığa dair saziş imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2006 15:49 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan və İndoneziyanın Ticarət-Sənaye Palataları əməkdaşlığa dair saziş imzalayacaq. Sənədin layihəsini İndoneziya tərəfə Azərbaycanın bu ölkədəki səfiri İbrahim Hacıyev təqdim edib. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Səfir sənədi İndoneziyanın Ticarət-Sənaye Palatasının sədri, ölkə parlamentinin üzvü Məhəmməd S.Hidayətə təqdim edib. Tərəflər yaxın vaxtlarda iki ölkənin işgüzar şəxslərinin biznes-forumunun keçirilməsi perspektivlərini müzakirə edib. Biznes-forumun keçirilməsi təşəbbüsü Azərbaycan tərəfə məxsusdur. İndoneziya isə forumun öz ölkəsində keçirilməsini təklif edib.

Xəbər lenti

Xəbər lenti