...

Dövlət mülkiyyətinin yeni qiymətləndirmə qaydaları Azərbaycan hökumətinin müzakirəsinə təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2006 20:39 (UTC +04:00)

Dövlət mülkiyyətinin yeni özəlləşdirmə qaydaları hazırlanaraq Azərbaycan hökumətinə təqdim olunub. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov bildirib. Şirkət müsabiqə əsasında seçiləcək.

Onun sözlərinə görə, dövlət mülkiyyətinin qiymətləndirilməsi bazar qiymətlərinə əsasən həyata keçirilir. "Bu, layihədə əksini tapıb" - deyə o vurğulayıb.

"Buna görə dövlət payının dəyərinin nə qədər artacağını demək hələ tezdir. Lakin qiymətlər bazar qiymətlərinə uyğunlaşdırılacaq. Bu, əmlakın yerləşdiyi yerdən və layihədə əks olunmuş digər amillərdən asılı olacaq" - deyə o əlavə edib. Qaydaların qəbul edilməsindən sonra bunların əsasında dövlət mülkiyyəti qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti