...

DB Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı üçün 500 milyon ABŞ dolları təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2006 13:14 (UTC +04:00)

Dünya bankı nəqliyyat infrastrukturunun yenidən qurulması üçün Azərbaycana təxminən 500 milyon ABŞ dolları məbləğində kredit təklif edib. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın nəqliyyat nazirinin birinci müavini Musa Pənahov xəbər verib. Bu vəsaitləri rayon təyinatlı avtomobil yollarının yenidən qurulmasına sərf etmək nəzərdə tutulub.

O cümlədən, DB şimal istiqamətində avtomobil yollarının yenidən qurulmasını təklif edir. Hazırda bank Bakı-Şamaxı-Muğanlı yolunun yenidən qurulmasını maliyyələşdirir. Əlavə vəsaitlər çərçivəsində Muğanlıdan Yevlaxa və Yevlaxdan Beyləqana qədər (cənub istiqaməti) yolun yenidən təşkil edilməsi nəzərdə tutulub. Həmçinin Zaqatala, Balakən rayonlarının ərazisindən keçən yolların yenidən qurulması nəzərdə tutulub.

Nəqliyyat Nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi, Dünya bankının Beynəlxalq yenidənqurma və inkişaf bankının şərtləri ilə təqdim etdiyi vəsaitlər öz şərtlərinə görə BİA çərçivəsində verilən vəsaitlərdən (bu vəsaitləri indi Azərbaycan alır) geridə qalır. Lakin bu vəsaitlər kommersiya banklarının şərtləri ilə yaxşı rəqabət apara bilər.

Bankın Bakı nümayəndəliyinin başçısı Qreqori Yeceyçakın bəyan etdiyi kimi, yaxın 15 il ərzində xeyli irəliləyəcəyi gözlənilən Azərbaycan iqtisadiyyatının inkişafı ilə Dünya bankının da ölkəyə qarşı siyasəti dəyişəcək. Gələcəkdə Azərbaycan artıq Beynəlxalq İnkişaf Assosiasiyasının deyil, Beynəlxalq yenidənqurma və inkişaf bankının kreditlərini alacaq.

BYİB -nin kreditləri BİA-nın güzəştli kreditlərindən daha çox kommersiya şərtlərinə malikdir və ona görə də bank sübut etməlidir ki, DB digər banklarla müqayisədə ölkə üçün daha sərfəli tərəfdaşdır.

Onun sözlərinə görə, DB-nin Azərbaycandakı işində investisiya kreditləri böyük yer tutacaq. Bu kreditlər kommersiya şərtləri ilə veriləcək. Bundan başqa, bank kreditlərin verilməsi zamanı qoyulan şərtlərdən əl çəkəcək. Bankın məsləhətləri tövsiyə xarakteri daşıyacaq.

Xəbər lenti

Xəbər lenti