...

DB Bakının nəqliyyat infrastrukturu üzrə proqramın hazırlığı üçün qrant təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2006 15:00 (UTC +04:00)

Dünya bankı Bakı şəhərinin nəqliyyat infrastrukturu üzrə proqramın hazırlığı üçün Azərbaycana qrant təklif edib. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın nəqliyyat nazirinin birinci müavini Musa Pənahov bildirib. Bu qrant şəhərin nəqliyyat infrastrukturunun işinin yüngülləşdirilməsi üzrə layihənin hazırlığı üçün nəzərdə tutulub.

M.Pənahovun sözlərinə görə, qrant üzrə danışıqlar yaxın zamanda başlayarsa, o zaman ilin sonuna qədər qrant üzrə saziş bağlana bilər və gələn ilin əvvəlində layihənin hazırlığı başlanacaq. Lazımi vəsaitlərin məbləği əsaslandırmanın hazırlığı başa çatdıqdan sonra müəyyən olunacaq. Lakin artıq indi bank bəyan edib ki, Bakı şəhərinin nəqliyyat infrastrukturunun işinin yüngülləşdirilməsi layihəsinin həyata keçirilməsi üçün vəsait təqdim etməyə hazırdır.

2000-2001-ci ildə Central Consultant Inc. və Nippon Koei Co.,Ltd şirkətləri Yaponiya Beynəlxalq əməkdaşlıq agentliyi və Azərbaycan höküməti arasında saziş çərçivəsində Bakı şəhərinin nəqliyyat sisteminin yaxşılaşdırılması üzrə tədqiqat hazırlayıblar. Bu tədqiqat zamanı 2020-ci ilə qədər Bakı şəhəri nəqliyyat sisteminin inkişaf planı və prioritet layihələr üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb. Bu layihə çərçivəsində böyük tutumlu avtobusların tətbiqi, yolların dar sahələrinin yaxşılaşdırılması, tramvay sisteminin bərpası, hərəkətin mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması nəzərdə tutulub. Yapon şirkətlərinin layihəsinə əsasən, paytaxtda şəhər nəqliyyatının yaxşılaşdırılması layihəsinin həyata keçirilməsi üçün 2020-ci ilə qədər lazım olan vəsaitlərin ümumi məbləği təxminən 1,5 milyard ABŞ dolları təşkil edəcək. Lakin bu layihə köhnəlib, çünki o vaxt keçirilən monitorinq hazırki vəziyyətlə üst-üstə düşmür. Hazırda Bakıda nəqliyyat vasitələrinin sayı yapon mütəxəssislərinin proqnozlaşdırdığından daha sürətlə artır.

Xəbər lenti

Xəbər lenti