...

Anglo Asian Mining PLC Azərbaycandakı qızıl yataqlarında kəşfiyyat işlərinə başladığını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2006 14:46 (UTC +04:00)

Anglo Asian Mining PLC Gədəbəydəki qızıl yataqlarında aparılmış kəşfiyyat işləri haqqında məlumat verib. Trend şirkətə isttinadən xəbər verir ki, hazırda qazma işləri başa çatıb və nəticələr qənaətbəxşdir. "Ümumilikdə yatağın tədqiqilə bağlı bütün işləri avqustun sonlarına qədər başa satdırmaq planlaşdırılır" - deyə sənəddə bildirilir.

Şirkətdən verilən məlumata əsasən, qızıl hasilatı ilin sonuna qədər başlana bilər.

Ordubaddakı yataqlarda aparılmış tədqiqatlar gözlənilən nəticəni verməyib. 1 ton misdə unsiya qızıl olması barədə proqnoz təsdiqini tapmayıb. Buna görə bütün səylər Gədəbəy rayonundakı yataqlara yönəldilib.

Şirkət kəşfiyyat işlərinə nəzərdə tutulmuş $51 mln. vəsaitdən artıq təxminən $28 mln.sərf edib.

1997-ci ilin avqustunda RI Investment Services Grour LLC (49% iştirak payı) Azərbaycan hökuməti (51%) ilə Gədəbəy, Ordubad, qoşa Bulağ, Qızıl Bulağ, Vejnəli və Söyütlü yataqlarının işlənməsi haqqında $500 mln. həcmində 25 illik müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti