...

AYİB "Qaradağ sement"də səhmlərin 20%-nin alınması məsələsinə baxılma tarixini başqa vaxta keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2006 11:30 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı "Qaradağ sement" SC-də 10 mln dollara 20% iştirak payının alınması məsələsinə Direktorlar Şurasında baxılmasının yeni vaxtını təyin edib.

Trend in AYİB-in rəsmi məlumatına istinadən xəbər verdiyi kimi, bu tarix iyulun 25-nə təyin olunub. Bu tarixlər dəfələrlə dəyişdirilib və sonuncu dəfə qərarın çıxarılma vaxtı iyunun 15-dən oktyabra keçirilmişdi.

Layihənin ümumi dəyəri $13,3 mln təşkil edir. Layihədə əsas məqsəd ətraf mühitə təsirin azaldılmasıdır. Ətraf mühitin yaxşılaşdırılması ilə bağlı bütün tədbirlər və sərmayələr ətraf mühitə dair fəaliyyət planına daxil edilib ki, bu da AYİB-in layihədə iştirak şərtidir.

AYİB 1999-cu ildə "Qaradağ sement"i özəlləşdirmiş İsveçrənin Holcim şirkətinə məxsus paketdəki səhmlərin bir hissəsini alacaq. Səhmlərin 89,4%-i şirkətin sərəncamındadır. Yerdə qalan səhmlər isə kiçik səhmdarlara məxsusdur. Avropa bankı orta müddətli perspektivdə, 5-7 il müddətinə müəssisənin səhmdarlar heyətinə daxil olmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti