...

8 ölkə TRACECA MPS-in maliyyələşdirilməsi üzrə öz payını ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2006 16:49 (UTC +04:00)

Bu günədək TRACECA nəqliyyat dəhlizinin iştirakçılarından 8 ölkə bu təşkilatın hökumətlərarası katibliyinin işlərinin maliyyələşdirilməsi (MPS) üzrə öz payını ödəyib. Bu barədə Trend ə TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev məlumat verib. Yerdə qalan 4 ölkə hazırda prosedur məsəllərini həll edir və yalnız bundan sonra vəsaiti köçürəcək.

MPS-in maliyyələşdirilməsi üçün illik vəsait 600 min avro dəyərində qiymətləndirilir. 2005-ci ilədək bu vəsaitlər Avropa Komissiyası tərəfindən verilirdi. 2005-ci ildə iştirakçı ölkələr bu məqsədlə 7 min avro vəsait verib. Yerdə qalan hissə Avropa Komissiyası tərəfindən maliyyələşdirilib. 2006-cı ildən MPS tamamilə iştirakçı ölkələrin hesabına maliyyələşdiriləcək. Hər ölkə 50 min avro ödəməlidir. Tacikistan və Qırğızıstanın əvəzinə vəsait AK tərəfindən ödənilib. Əgər Əfqanıstanın nəqliyyat dəhlizinə qoşulmasına dair sazişin ratifikasiyası bu il həyata keçirilərsə, o zaman bu ölkənin də vəsaiti komissiya tərəfindən təmin olunacaq.

Bu il AK-nın TRACECA nəqliyyat dəhlizi çərçivəsində 13,5 mln avro dəyərində layişələri maliyyələşdirəcəyi nəzərdə tutulur. Nəqliyyat dəhlizinin fəaliyyət göstərdiyi müddət ərzində AK layihələrin maliyyələşdirilməsinə 160 mln avro ayırıb. Bunun 16 mln avrosu Azərbaycanın payına düşüb.

Xəbər lenti

Xəbər lenti