...

Qazaxıstan tranzit imkanlarının inkişafına böyük əhəmiyyət verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 17:19 (UTC +04:00)

"Biz bu gün bizim tranzit imkanlarımızın və tranzit potensialının inkişafına böyük əhəmiyyət veririk. Qazaxıstan - tranzit dövlətidir və biz yüklərimizin həm tranzit, həm də ixrac istiqamətində bütün mümkün nəql marşrutlarını gözdən keçiririk". Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Çinin nəqliyyat nazirlərinin görüşünün yekunlarına görə brifinqdə Qazaxıstanın nəqliyyat naziri Askar Mamin bildirib.

"Bizim Rusiya ilə əlverişli tariflər üzrə razılaşmamız var və biz Avropaya çıxışı olan tranzit marşrutumuzdan istifadə edirik. Lakin biz digər alternativ marşrutları da gözdən keçiririk. Onlardan biri - Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçəcək yük trafiki üzrə marşrutdur. Bütün bu ölkələr öz tranzit potensiallarının inkişafına xüsusi diqqət ayırırlar", - deyə o qeyd edib.

"Hazırda Bosfor boğazının altından 5 mlrd. ABŞ dolları dəyərində dəmir yolu tunelinin tikintisi kimi, böyük layihələr həyata keçirilir və onun gücü ildə 30 mln. ton yük təşkil edəcək. Azərbaycan, əsasən, Bakı limanında, dəmir yolunda infrastrukturun inkişafı üzrə böyük işlər görür. Gürcüstanın dəmir yolu infrastrukturunun inkişafı üzrə böyük planları var. Biz Çinin qərb bölgələrinin əhəmiyyətli inkişafını qeyd etməyə bilmərik. Hazırda Xorqos stansiyasından keçən yeni dəmir yolu keçidinin tikintisi haqqında Çinlə sazişin imzalanmasına hazırlıq görülür", - deyə A.Mamin xəbər verib.

Xəbər lenti

Xəbər lenti