...

6 il ərzində manatın nominal effektiv məzənnəsi xarici ticarət tərəfdaşlarının valyutaları ilə müqayisədə 10,1% ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2006 16:37 (UTC +04:00)

Azərbaycan Milli Bankı 2006-cı ilin iyununda ötən ilin dekabrı ilə müqayisədə manatın nominal effektiv məzənnəsinin xarici ticarət tərəfdaşlarının valyutalarına nisbətən ucuzlaşmasını təsdiqləyir.

AMB-dan Trend ə verilən məlumata əsasən, ümumi ticarət dövriyyəsində məzənnə 1,5%, idxalatda - 0,7%, ixracatda - 2% aşağı düşüb. Ötən ilin müvafiq dövrilə müqayisədə nominal effektiv məzənnə ümumi ticarət dövriyyəsində 3,6%, idxalatda - 4,1%, ixracatda - 3,1% bahalaşıb.

AMB-nın hesablamalarına görə, iyunda ötən ilin sonu ilə müqayisədə manatın nominal effektiv məzənnəsi qeyri-neft sektorunda ümumi ticarətdə 0,4%, ixracatda - 1,3%, idxalatda 0,2% yuxarı qalxıb. Ötən ilin müqaviq dövrilə müqayisədə məzənnə müvafiq olaraq 6,1%, 6% və 5,3% artıb.

2006-cı ilin iyununda 2000-ci ilin dekabrı ilə müqayisədə manatın nominal effektiv məzənnəsi xarici ticarətdə (neft sektorunu nəzərə almaqla) 10,1% enib, qeyri-neft sektorunda isə 3% qalxıb.

Xəbər lenti

Xəbər lenti