...

İlin birinci yarısında dövlət sərmayəsindən 300 mln. ABŞ dollarından artıq məbləğ xərclənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2006 13:04 (UTC +04:00)

2006-cı ilin birinci yarısında dövlət sərmayələrindən 298,6 mln. manat xərclənib, bu isə ötən ilin analoji göstəricisindən 4 dəfə çoxdur. Trend in xəbər verdiyi kimi, bu barədə hökümət iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, modul tipli elektrik stansiyalarının tikintisinə 104 mln. manat, meliorasiya üzrə infrastrukturun bərpası və bölgələrdə içməli suyun təminatına - 20 mln. manat, respublika əhəmiyyətli avtomobil yollarının tikintisinə- 51,4 mln. manat ayrılıb. Bununla yanaşı, 84,1 mln. manat dövlət əhəmiyyətli digər infrastrukturun tikintisinə yönəldilib.

Hesabat dövründə Qarabağ müharibəsinin əlil və şəhid ailələri üçün 23 şəhər və rayonda yaşayış evlərinin tikintisinə 3,6 mln. manat, sosial və mədəni-məişət əhəmiyyətli obyektlərin tikintisinə isə -35,5 mln. manat xərclənib.

Xəbər lenti

Xəbər lenti