...

İqtisadi inkişaf naziri: Moodys avqustda Azərbaycanın suveren reytinqini açıqlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2006 17:50 (UTC +04:00)

İki həftə ərzində Moodys agentliyi Azərbaycanın suveren reytinqini açıqlayacaq. Bu barədə Trend ə iqtisadi inkişaf naziri Heydər Babayev xəbər verib. Ehtimallara görə, Moodys-ın verdiyi reytinq Fitch-ın reytinqindən azı bir bənd yuxarı olacaq.

"Azərbaycanın gələcək məqsədi investisiya reytinqini almaqdır və bu, irəliyə sıçrayış olacaq" - deyə o vurğulayıb. Fitch ilə də əməkdaşlığı davam etdirmək nəzərdə tutulub. Bu, iqtisadiyyatdakı müsbət hadisələri nəzərə alaraq, ölkənin reytinqinin artmasına gətirib çıxaracaq.

Moodys mütəxəssisləri iyunda Azərbaycanın iqtisadi icmalına başlayıb. Qiymətləndiricilər Moodys tərəfindən təqdim olunmuş məlumatlar üzrə müzakirə aparıb. Məlumatlar ölkənin makroiqtisadi göstəricilərinə, iqtisadi proseslərə, bank sektorundakı duruma və demoqrafiq vəziyyətə aiddir. Maliyyə Nazirliyi Moodys ilə bir illik müqavilə imzalayıb. Agentliyin xidmətlərinin ödənilməsi üçün dövlət büdcəsindən $40 min ayırmaq planlaşdırılır.

2006-cı ildə Azərbaycana iki agentlik tərəfindən reytinq veriləcək. Fitch tərəfindən təsdiqlənmiş reytinqə əsasən, Azərbaycanın xarici və milli valyuta ilə reytinqi BB səviyyəsində qalıb. Eyni zamanda qısamüddətli reytinq də B səviyyəsində saxlanılıb.

Xəbər lenti

Xəbər lenti