...

Zibil emalı zavodunun tikinti layihəsi üzrə TİƏ-ni hazırlayan mütəxəssislərin gəlmə tarixi müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2006 15:36 (UTC +04:00)

Yaponiyanın EBARA missiyası ilə Azərbaycan hökumətinin zibil emalı zavodunun tikintisi çərçivəsində müzakirələri davam edir. Nazirlər Kabinetindən Trend ə verilən məlumata əsasən, missiyanın məqsədi şirkətin mütəxəssisləri tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmada hansı istiqamətlərin əhatə olunduğunu öyrənməkdir.

"Onlar müvafiq nazirlik və idarələrlə danışıqlar aparacaq. Onların gedişindən sonra 7-10 gün ərzində TİƏ-ni hazırlayan şəxslər Bakıya gələcək" - deyə Nazirlər Kabinetindən qeyd ediblər.

Ekologiya və Təbii Sərvətlər, İqtisadi İnkişaf nazirlikləri, eləcə də Bakı İcra Hakimiyyətinin nümayəndələrindən ibarət idarələrarası işçi qrupu TİƏ-nin hazırlanması ilə bağlı texniki tapşırıq hazırlayıb. Bu sənəd EBARA mütəxəssislərilə də müzakirə olunacaq.

Hökumət hesab edir ki, TİƏ bir neçə variantda olmalıdır. Burada bir böyük və bir neçə kiçik zavodun tikintisinin məqsədəuyğunluğu göstərilməlidir. Bu zavodlar Balaxanı, Suraxanı, Qaradağ, Bakı-Sumqayit şossesində yerləşə bilər.

Layihənin dəyəri ilkin olaraq 350 mln. avro həcmində qiymətləndirilirdi ki, bunun 50 mln. avrosunu Avropa bankı təklif edir.

Xəbər lenti

Xəbər lenti