...

Vergilər Nazirliyi kassa aparatlarından istifadə üzrə 5911 pozuntu aşkarlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2006 19:44 (UTC +04:00)

Avqustun 2-nə olan vəziyyətə görə, operativ vergi nəzarəti üzrə irimiqyaslı tədbirlər çərçivəsində 17100 obyektdə reydlər keçirilib. Trend Vergilər Nazirliyi Operativ Nəzarət İdarəsinə istinadən xəbər verir ki, 5911 obyektdə qanunvericiliyin pozulması faktı aşkarlanıb. Nəticədə vəzifəli şəxslərə qarşı 552,827 min manat həcmində inzibati cərimə tətbiq olunub.

Bakıda vergi reydləri 2006-cı ilin iyulun 24-dən keçirilir. Məqsəd nəzarət-kassa aparatlarından istifadənin və alıcılara çeklərin verilməsi, eləcə də əhalilə nağd hesablaşmaların həyata keçirilməsinin yoxlanılmasıdır.

Xəbər lenti

Xəbər lenti