...

KFW və SECO ilə müqavilə imzalamaq səlahiyyəti almaq üçün viza toplanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2006 19:29 (UTC +04:00)

Nazirlər Kabineti Almaniyanın KFW bankı və İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyi (SECO) ilə Gəncə və Şəkidə su şəbəkələrinin bərpası layihəsi üzrə müqavilə imzalamaq səlahiyyəti almaq üçün sənəd hazırlayır.

Hökumət mənbələrindən Trend ə verilən məlumata əsasən, hazırda nazirlik və idarələr tərəfindən viza toplanır. Müqavilələrə imza atmaq səlahiyyətinin baş nazir müavini Abid Şərifova verilməsi gözlənilir.

Layihənin gerçəkləşdirilməsinin tezləşdirilməsi üçün KFW "Azərsu" SC-yə layihə üzrə məsləhətçinin seçilməsi haqqında tender elan etmək xahişilə müraciət edib.

Layihənin 3,5-4 illik birinci mərhələsinin dəyəri 54,6 mln. avro həcmində qiymətləndirilib. 37 mln. avro - KfW, 10 mln. avro - SECO tərəfindən qrant qismində, 7,6 mln. avro isə Azərbaycan hökumətinin payı hesabına ödəniləcək.

Xəbər lenti

Xəbər lenti