...

Azərbaycanda "Moskva" mehmanxanası özəlləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2006 12:16 (UTC +04:00)

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi "Moskva" mehmanxanasının səhmlərinin 99,98%-ni investisiya müsabiqəsinə çıxarıb. Dövlət Komitəsindən Trend ə verilən məlumata əsasən, səhmlərin 0, 02%-i kollektivə məxsusdur. Güzəştli satışda iştirak etmək hüququna malik 28 işçidən 15-i mehmanxanın səhmlərini alıb. Müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi sentyabrın 8-də keçiriləcək, təkliflər isə sentyabrın 6-na qədər qəbul olunacaq.

Müsabiqənin şərtlərinə əsasən, investor dövlət büdcəsinə 1 mln. manatdan az olmayaraq vəsait köçürməli və Dövlət Komitəsinə 50 min özələşdirmə çeki verməlidir. Müsabiqə iştirakçıları niyyətlərinin ciddiliyini sübut etmək üçün istənilən bankın 300 min manat həcmində zəmanət məktubunu təqdim etməlidir.

İddiaçıların vəzifəsinə beynəlxalq standartlara cavab verən mehmanxana biznesinin inkişafı üçün investisiyaların həcminin və istifadə istiqamətlərinin göstərildiyi investisiya proqramını təqdim etmək daxildir. Burada mehmanxana xidmətlərinin müasir beynəlxalq standartlara uyğun şəkildə təşkili, yeni iş yerlərinin açılışı və işçilərin sosial təminatı haqqında təkliflər nəzərə alınmalıdır. Hazırda "Moskva" mehmanxanasında 19 nəfər çalışır.

2006-cı il avqustun 1-nə olan vəziyyətə görə, mehmanxanın nizamnamə kapitalı 1 838 192 manat təşkil edir. Mehmanxanının öhdəliyi 128,692 min. manat, o cümlədən 76,331 min manat həcmində əmək haqqı və ona bərabər borclar təşkil edir. Debitor borc 3,84 min manata bərabərdir. Mehmanxana 1980-ci ildə istismara verilib.

Xəbər lenti

Xəbər lenti