...

AİB Azərbaycan hökumətini Masallı-Astara yolunun layihəsi üzrə hesabatla tanış edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2006 14:16 (UTC +04:00)

Bu gün Asiya İnkişaf Bankının yol layihələri üzrə iqtisadçı Honq Vanqın başçılıq etdiyi missiyanın Bakıya səfəri başlanıb. Bankın Bakı nümayəndəliyindən Trend ə verilən məlumata əsasən, dördgünlük səfər zamanı bank ekspertləri Masallı-Astara yol sahəsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlıq prosesilə tanış olacaq.

Missiyanın əsas məqsədi yerli əhəmiyyətli yol infrastrukturunun inkişafına dair təkliflərin irəli sürüləcəyi ilkin hesabatın müzakirəsidir.

AİB TİƏ-nin hazırlanmasına $700 min qrant ayırıb. Bu barədə müqavilə 2006-ci ilin mayında imzalanıb. Layihə hazırlandıqdan sonra bank $100 mln. kredit ayırmağa hazır olduğunu bildirib.

Dünya Bankı Ələt-Şorsulu və Bakı-Şamaxı-Muğan yollarının bir hissəsini maliyyələşdirib. Bu məqsədə $200 mln. ayrılıb. Layihədə həmçinin $40 mln. ayırmaq niyyətində olan İran Bankının da iştirakı gözlənilir.

AİB-in missiyası Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi yollarının bərpa layihələri üzrə müzakirələr aparacaq. $52 mln. həcmində kredit daxidi prosedurlar üzündən (parlamentdə ratifikasiya) hələ qüvvəyə minməyib, lakin onun gerçəkləşdirilməsinə hazırlıq gedir.

AİB krediti iki hissədən ibarətdir - yolların və sərhəd xidmət komponentlərinin maliyyələşdirilməsi üçün. Birinci komponentə adi kredit ehtiyatlarından $49 mln. (4 illik güzəşt və libor+1% dərəcəsilə 24 ilə), ikinciyə - Asiya İnkişaf Fondundan $3 mln. kredit (8 illik güzəşt və güzəşt müddətində 1%, qalan müddətdə 1,5% dərəcəsilə 32 ilə) ayrılacaq.

Xəbər lenti

Xəbər lenti