...

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi kiçik HES-lərin səmərəli özəlləşdirilməsi üçün yollar axtarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2006 17:51 (UTC +04:00)

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi dövlətin balansında qalmış 9 kiçik hidro elektrik stansiyasından 6-sının səmərəli özəlləşdirilməsi üçün tədbirləri davam etdirir. Bu barədə Trend ə Dövlət Komitəsindən xəbər veriblər.

İndiyə qədər Şəki, Zaqatala və Qusar HES-ləri özəlləşdirilib, Quba, Qusar, Sabirabad, Şəmkir və Xanlardakı HES-lər də özəlləşdirilməyə təqdim olunub.

HES-lərin təxmini dəyərini və bərpasını qiymətləndirən ASPI konsaltinq şirkətindən Trend ə verilən məlumata əsasən, bu elektrik stansiyaları sıradan çıxıb və bunların bərpası mümkün deyil. Stansiyaların tam işləkliyini təmin etmək üçün kanal və kəmərlərin çəkilməsi lazımdır ki, bu da ətraf ərazilərdə aparılmış tikinti üzündən imkansızdır. Bununla əlaqədar Dövlət Komitəsinə təklif olunur ki, həmin stansiyalar turizm bazası və ya digər obyektlər kimi istifadə olunmaq üçün bələdiyyələrə satılsın.

Xəbər lenti

Xəbər lenti