...

Fazil Məmmədov: "Bütün ticarət obyektlərində kassa aparatından istifadə olunmalıdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2006 20:33 (UTC +04:00)

Vergilər Nazirliyi tərəfindən ticarət obyektlərində kassa aparatlarından istifadəyə dair aparılan yoxlamalar davam edir. Trend in AzTV-yə istinadən verdiyi xəbərə görə bu prosesdə bir neçə qanunsuzluq aşkarlanıb.

Vergilər naziri Fazil Məmmədov bildirib ki, nəğd hesablaşama aparılan bütün sahələrdə kassa aparatlarından istifadə olunmalıdır. Əks təqdirdə bu cür obyekt sahiblərinə qanunvericilikdə nəzərdə tutulan inzibati cəzaların tətbiq olunacağını deyən F.Məmmədov belə cəzaların sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib: "Bunun üçün mövcud qanunvericilik aktlarına dəyişikliklər edilməsinə dair hökumət qarşısında məsələ qaldırlacaq. Dəfələrlə qanun pozuntusunu həyata keçirən obyektlərin linsenziyasının alınması, fəaliyyətinin dayandırılması, eyni zamanda həmin sahibkarlıq subyektlərinin sahibləri haqqında cinayət məsuliyyətinə cəlb edilməsi qanunvericilik aktlarında öz əksini tapmasını istəyirik".

Nazir vurğulayıb ki, bu məsələlərlə bağlı hökumətlə birlikdə Milli Məclis qarşısında çıxış edəcəyik. Nazir hesab edir ki, mövcud qanunvericilik aktlarında cəzaları sərtləşdirməklə vergidən yayınmağın qarşısını daha effektiv almaq olar.

Xəbər lenti

Xəbər lenti