...

Azərbaycan yanvar-iyul aylarında təqribən 130 ölkə ilə ticarət əməliyyatı həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2006 15:02 (UTC +04:00)

2006-cı ilin yanvar-iyul aylarında Azərbaycanın 129 xarici ölkə ilə ticarət əməliyyatlarının həcmi 5899237,4 min ABŞ dolları təşkil edib. Trend in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu dövr ərzində 1800 əmtəə növü üzrə 3290796,8 min ABŞ dolları həcmində ixrac həyata keçirilib, 5178 növ üzrə idxal olunmuş malların dəyəri 2608440,5 min ABŞ dolları təşkil edib. Beləliklə, 682356,3 min ABŞ dolları məbləğində müsbət saldo yaranıb.

2005-ci ilin həmin dövrü ilə müqayisədə ixrac əməliyyatları 4,17% (1679017,2 min ABŞ dolları), idxal əməliyyatları isə 1,37% (35267,6 min ABŞ dolları) artıb.

İdxalın artmasına müxtəlif növ avadanlığın, o cümlədən tibb avadanlığının, elektrik cihazlarının və quruda gedən nəqliyyat vasitələrinin ölkəyə gətirilmə həcminin artması səbəb olub.

Xəbər lenti

Xəbər lenti