Bakı Fond Birjası (BFB) səhmdarlarının növbədənkənar yığıncağı 6 oktyabr 2006-cı ildə keçiriləcək. Trend in birjanın press-relizinə istinadən verdiyi xəbərə görə, bu qərar avqustun 18-də BFB -nin Müşahidə Şurasının iclasında qəbul olunub. Şuranın protokoluna əsasən, BFB idarə heyətinin sədri Anar Axundov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunub və səhmdarların növbəti ümumi yığıncağına qədər birjanın idarə heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq Xəyal Abdinova həvalə olunub.
Abdinov Xəyal Səbuhi oğlu 27 avqust 1974-cü ildə Bakıda anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bundan əvvəl Abdinov "Standart Kapital" MMC-nin İdarə Heyətinin cədri vəzifəsində çalışıb.