...

AYİB ADDYİ üçün kreditin ayrılması məsələsinə Direktorlar Şurasında baxılma vaxtını dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2006 15:37 (UTC +04:00)

Azərbaycan Dövlət Dəmir Yolunun lokomotiv təsərrüfatının yaxşılaşdırılması üçün 50 mln dollar məbləğində kreditin Avropa Yenidənqurma və İnkişaf bankının Direktorlar Şurasında təsdiqlənmə tarixi oktyabrın 17-dən noyabrın 7-nə keçirilib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir. Daha əvvəl isə tarix iyulun 25-dən oktyabrın 17-nə keçirilmişdi.

AYİB-in $50 mln həcmində ayıracağı kredit iki tranşla veriləcək. Birinci tranş lokomotivlərin alınmasına sərf olunacaq. Bunun üçün bank $27 mln ayıracaq. $23 mln həcmində 2-ci tranş Biləcəri və Böyük-Şor depolarında lokomotiv xidmət bazalarının yaradılması, həmçinin, ehtiyat hissələrinin alınması üçün nəzərdə tutulur. Bundan başqa, 60 ədəd elektrovoz və teplovozun əsaslı təmiri planlaşdırılır.

Layihənin ümumi dəyəri $70 mln təşkil edir. Əsas məqsəd elektrik yük lokomotivləri əldə etməklə Azərbaycanın dəmir yollarının işini yüngülləşdirmək, elektrik manevr lokomotivlərinin və 4 lokomotiv anbarı üçün avadanlıqların bərpasından ibarətdir. Bu, tələbatın artıdığı neft və neft məhsullarının Qafqaz dəmir yol xətti ilə şərq-qərb istiqamətində nəqlini yaxşılaşdıracaq. Layihə həm də ADDYİ tərəfindən dəmiryol əməliyyatlarının təhlükəsizliyi və səmərəliliyini yaxşılaşdıracaq və neft ləkələrinin əmələ gəlmə riskini azaldacaq. Dəmir yolu ilə nəqlin 75%-i neft və neft məhsullarının payına düşür.

Xəbər lenti

Xəbər lenti