...

Azərbaycan və Cənubi Koreya iqtisadi əməkdaşlıq üzrə qrupun statusunu artıracaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2006 15:47 (UTC +04:00)

Azərbaycan və Cənubi Koreya höküməti Azərbaycan - Koreya hökümətlərarası komissiyasında iqtisadi əməkdaşlıq üzrə qrupun statusunun artırılması haqqında danışıqlara başlayıb. Trend xəbər verir ki, bu barədə Koreyanın sənaye və energetika nazirinin müavini Li Von Qul bu gün keçirilən mətbuat konfransında bildirib.

Bu gün Bakıda iqtisadi əməkdaşlıq üzrə qrupun toplantısı başlanıb və səfərin məqsədi may sammiti zamanı əldə olunmuş razılaşmaların gerçəkləşdirilməsi, ikitərəfli iqtisadi münasibətlərin inkişafı və konkret layihələrin axtarışı üzrə məsələlərin müzakirəsindən ibarətdir.

"Sammit zamanı Azərbaycan prezidenti İlham Əliyev ölkədəki iqtisadi inkişafın sürətləndirilməsi üçün yüksək texnologiyalar və Koreyanın topladığı təcrübənin əldə olunması sahəsində hər şeyi əhatə edən tərəfdaşlığın mühümlüyünü vurğulayıb. Bundan sonra Koreya razılaşmanın gerçəkləşdirilməsi üçün maksimal şəkildə səy göstərib", - deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, Koreya nümayəndə heyəti avqustun 31-dək Azərbaycanda iş görmək fikrində olan 34 hökümət və qeyri-hökümət təşkilatlarından 61 nümayəndə ilə təmsil olunub. Nazirlikdəki görüşlər sənaye və investisiya ticarəti, enerji ehtiyatları və energetika, informasiya texnologiyaları və rabitə, kənd təsərrüfatı kimi sahələr üzrə keçiriləcək.

Əməkdaşlığın genişləndirilməsi üçün sentyabr ayında Koreyanın Azərbaycandakı səfirliyində iqtisadiyyat və tikinti sahəsində iki attaşe fəaliyyət göstərməyə başlayacaq. Sənaye və Energetika Ticarəti Nazirliyində artıq Azərbaycan üzrə xüsusi şöbə fəaliyyətə başlayıb.

Nazir müavini həmçinin günün birinci yarısında Bakıda keçirilmiş görüşlər haqqında məlumat verib. "Biz İqtisadi İnkişaf Nazirliyindəki görüşdə konkret məsələləri müzakirə etdik və iqtisadi əməkdaşlığın mühüm olduğunu anlayıb. Birincisi, münasibətlərin inkişafının sürətləndirilməsi üçün iki ölkənin iqtisadi əməkdaşlıq qrupunun mütəmadi görüşəcəkləri haqqında razılaşıblar. İkincisi, konkret layihələrin dəstəklənməsi üçün Azərbaycan üçün büdcəyə vəsait ayrılacaq", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, rabitə və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti