...

FMO Azərbaycan UniBank-ı üçün ikinci kredit xəttini açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2006 12:13 (UTC +04:00)

Hollandiyanın maliyyə inkişaf şirkəti (FMO) kredit xəttinin açılması mövzusunda UniBank KB ilə danışıqlar aparır. Şirkətin Avropa və Mərkəzi Asiya üzrə direktoru Huub Cornelissenin Trend ə bildirdiyi kimi, "Respublika" bankından sonra bu bank FMO-nun Azərbaycanda əməkdaşlıq etdiyi ikinci bank olacaq.

UniBank üçün kredit xəttinin həcmi "Respublika" bankı üçün ayrılan həcmə bərabər olacaq (12 mln. ABŞ dolları), lakin son qərar danışıqların nəticəsindən asılıdır. Həm də UniBankın maliyyələşdirmə paketində, xırda və orta biznesin və ticarət maliyyələşdirilməsinin kreditləşdirilməsi ilə yanaşı, həmçinin lizinq əməliyyatlarının inkişafı üçün ehtiyatlar nəzərdə tutulub. FMO UniBank üçün kredit xəttini 2006-cı ilin sonunadək açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti