...

Ukraynanın "Boqdan" korporasiyası Azərbaycana avtobuslar gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2006 17:39 (UTC +04:00)

Ukraynanın avtomobil istehsalı üzrə liderlərindən olan "Boqdan" korporasiyası 2006-cı ilin 6 ayı ərzində 1151 avtobus satıb ki, bu da 2005-ci ilin ilk yarısı üçün eyni göstəricidən 63,7% çoxdur. Trend xəbər verir ki, 232 avtobus əsasən Azərbaycan, Rusiya, Cürcüstan və Belarusa ixrac olunub.

"Boqdan" markalı avtobusların istehsalına 1999-cu ildən başlanılıb. 2005-ci ilin fevralında "Boqdan" korporasiyası yaradılıb. 2006-cı ildə korporasiya Lutskov avtomobil zavodunun gücündə orta, böyük və daha iri avtobusların istehsalına başlayıb. Korporasiyanın tərkibinə 20 şirkət, o cümlədən "Lutskiy avtomobilnıy zavod" ASC, "Çerkasskiy avtobus" ASC, "Hyunday Motors Ukraina" və başqaları daxildir.

Xəbər lenti

Xəbər lenti