...

Azərbaycan Polşada keçiriləcək XII iqtisadi foruma dəvət olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2006 12:47 (UTC +04:00)

Azərbaycan hökuməti sentyabrın 6-9-da Polşanın Krınitsa-Zdruy şəhərində keçiriləcək "Avropa çağırışları: Yeni Avropa eyniliyi məsələsinə doğru" XII forumuna dəvət olunub. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voytsex Quretski məlumat verib.

Bu, Polşada hər il keçirilən II Davos forumudur. Missiyası isə AB ölkələri və onun qonşuları arasında iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirmək üçün əlverişli mühit yaratmaqdan ibarətdir.

Forum missiyasının həyata keçirilməsində müstəqil və obyektivdir, - deyə diplomat bildirib.

XII forumun proqramında təxminən 100 mövzunun (biznes və idarəetmə, makroiqtisadiyyat, elm və mədəniyyət, yeni iqtisadiyyat, yanacaq və energetika, beynəlxalq siyasət və təhlükəsizlik, AB və onun qonşuları, regionlar, cəmiyyət və s.) müzakirəsi nəzərdə tutulur.

Sentyabrın 10-11-də Azərbaycan-Polşa hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının I iclasında iştirak çərçivəsində Azərbaycan hökumətinin nümayəndə heyəti foruma qatıla biləcək", - deyə diplomat hesab edir.

Xəbər lenti

Xəbər lenti