...

2006-cı ilin I yarısında Azərbaycanda 56 özəlləşdirilmiş müəssisənin borcu silinib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2006 17:32 (UTC +04:00)

2006-cı ilin I yarısında Vergi Nazirliyi 56 özəlləşdirilmiş müəssisənin borcunu silib. Nazirliyin vergi borclarının məcburi alınması üzrə işin təşkili İdarəsinin rəis müavini Hikmət Fətullayevin Trend ə verdiyi məlumata görə, bu müəssisələrin umumi borcu 12 mln manat təşkil edib. Onun sözlərinə görə, ötən il 13 mln manat silinib.

Borcların silinməsi "Özəlləşdirilmiş müəssisələrin, aqrar islahatlar nəticəsində işğal olunmuş ərazilərdə ləğv olunmuş təsərrüfat subyektlərinin borcları haqqında" Qanuna, o cümlədən dövlət müəssisələrinin vaxtı keçmiş borclarının tənzimlənməsi və silinməsi üzrə 11 iyun 2001-ci il tarixində təsdiqlənmiş qaydalara müvafiq olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti