Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Dünya Bankı Qrupunun investisiya institutları ilə birgə biznes üçün əlverişli mühit üzrə ölkələrin reytinqini açıqlayıb. Trend in DB-nin məlumatına istinadən xəbər verdiyi kimi, 112 ölkədə 213 nizamlayıcı islahatlar həyata keçirilib ki, bunun da nəticədə işgüzar fəallığı tənzimləyən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi ilə bağlı maneələrin və vaxt və maliyyə sərfinin azalmasına nail olunub.
"Doing Business 2007. İslahatları necə keçirməli" hesabatına görə, biznesin sadələşdirilməsi sahəsində islahatçıların ilk onluğuna (ardıcıl olaraq) Gürcüstan, Rumıniya, Meksika, Çin, Peru, Fransa, Xorvatiya, Qvatemala, Qana və Tanzaniya daxildir.
İslahatlar sahibkarlıq fəaliyyətinin sadələşdirilməsinə, mülkiyyət hüququnun qorunmasına, vergi yükünün azaldılmasına, kredit alma imkanlarının genişləndirilməsinə və idxal-ixracın dəyərinin aşağı salınmasına şamil edilib. Azərbaycan siyahıda 2006-cı ildə100-cü, 2007-ci ildə isə 99-cu yerdədir.
"DoingBusiness 2007" hesabatında biznesin aparılması şərtlərinin sadələyi dərəcəsinə görə 175 ölkənin reytinqi öz əksini taprıb. Bu rəqəm keçən ildəkindən 20 ölkə çoxdur.
Liderlərin otuzluğuna (ardığıl olaraq) Sinqapur, Yeni Zenlandiya, ABŞ, Kanada, Honkonq (Çin), Böyük Britaniya, Danimarka, Avstraliya, Norveç, İrlandiya, Yaponiya, İslandiya, İsveç, Finlandiya, İsveçrə, Litva, Estoniya, Tayland, Puerto Riko, Belçika, Almaniya, Niderland, Koreya, Latviya, Malayziya, İsrail, Santa Lyusiya, Çili, Cənubi Afrika və Avstriya daxildir.
"Hesabatdan göqünür ki, bir çox ölkələrdə biznesin dəyəri o qədər yüksəkdir ki, sahibkarların əksəriyyəti qeyri-formal iqtisadi fəaliyyət göstərməyə çalışır", - deyə DB qrupunun prezidenti Pol Vulfoviç qeyd edib.
Onun fikrincə, bu hesabat inkişaf etməkdə olan ölkələrə islahatların zəruri olduğu sahələri müəyyən etməyə imkan yaradır.
Reytinqin tərtibində şirkətlərin yaradılmasını, onun fəaliyyətini, ticarət əməliyyatlarını, vergi ödənişini və şirkətin ləğv edilməsini tənzimləyən normativ sənədlərin tələblərini yerinə yetirmək üçün lazım olan vaxt və maliyyə sərfini nəzərdə tutan indikatorlar istifadə olunub. Təhlil zamanı bazarın miqyası, makroliqtisadi iqtisadi siyasət, infrasturkturn keyfiyyəti, milli valyutanın sabitliyi, investorların fikri və ya cinayətkarlıq səviyyəsi kimi göstəricilər nəzərə alınmayıb.
2005-2006-cı illərdə dünyada ən populyar islahat açıq biznes üçün əlverişli mühitin yaradılması olub. 43 ölkədə prseduralar sadələşdrilib, xərclər və gecikdirmələrin sayı azalıb. İkinci populyar islahat isə 31 ölkədə həyata keçirilən vercilərin ödənişi ilə bağlı inzibati maneələrin azalması və vergilərin aşağı salınması olub.