...

"UniBank" və AYİB arasında sindikatlaşdırılmış kredit üzrə ikinci saziş imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2006 15:29 (UTC +04:00)

Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycanın "UniBank"" kommersiya bankı arasında sindikatlaşdırılmış kreditin verilməsi üzrə sayca ikinci sazişin (A/B loan-II). imzalanması mərasimi keçirilib. Trend "UniBank"ın məlumatına istinadən xəbər verir ki, "A/B loan" sindikatlaşdırılmış kreditləşmə Azərbaycanın maliyyə bazarı üçün unikal həldir.

"UniBank"a ayrılacaq ikinci sindikatlaşdırılmış kreditin ümumi həcmi $7,5 mln.-dır. AYİB-lə yanaşı, sindikatlaşdırmada Avropa, ABŞ və Rusiyanın 6 bankı iştirak edir. Adıçəkilən sindikatlaşdırmada Avropa bankının payı $2,5 mln. təşkil edir. "A loan"ın müddəti üç il, "B loan"ın isə daha bir il uzatmaq imkanı ilə bir ildir. Kredit vəsaiti kiçik və orta sahibkarlığın inkişafına sərf olunacaq.

"Mənə bunu söyləmək çox xoşdur ki, hazırda "Unibank" xaricdən sindikatlaşdırılmış kredit cəlb edən Azərbaycanın yeganə özəl bankıdır. Bu, bizim banka beynəlxalq maliyyə istitutlarının yüksək etibarını və bütövlükdə ölkənin bank sisteminin inkişaf etdiyini göstərir", - deyə bankın idarə heyətinin sədri Faik Hüseynov qeyd edib.

İmzalanma mərasimində iştirak etmək üçün Avropa bankı yanında maliyyə institutları üzrə qrupun bankiri Sardor Umurzakovun başçılıq etdiyi missiya Bakıda səfərdədir.

Sindikatlaşdırılmış kreditin verilməsi üzrə birinci müqavilə 2005-ci il aprelin 8-də imzalanıb. Həmin sindikatlaşdırmada Avropa bankı ilə yanaşı, "Austrian Creditanstalt" və "Anglo-Romanian Bank" bankları iştirak ediblər. Birinci sindikatlaşdırılmış kreditin ümumi məbləği $5 mln. təşkil edib. Həmin kredit xəttinin $1,5 mln.-nu üç illiyə AYİB, qalan hissəsi ($3,5 mln.) isə daha bir ilə uzatmaq imkanı ilə bir illiyə "Austrian Creditanstalt" və "Anglo-Romanian Bank" bankları tərəfindən ayrılıb.

Xəbər lenti

Xəbər lenti