...

İCARDA əlaqələndiricisi Bakıya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2006 15:38 (UTC +04:00)

Trend-i buradan izləyin

ICARDA-nın (International Center for Agricultural Research in the Dry Areas) Orta Asiya və Cənubi Qafqaz regionları üzrə əlaqələndiricisi Racendra Paroda Bakıya gələcək. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Aqrar Mərkəzindən məlumat verilib. Əlaqələndirici Azərbaycana sentyabrın 16-da gələcək və onun səfəri ayın 18-dək davam edəcək.

Səfərdə əsas məqsəd su və torpağı səmərəli idarə etməklə fermer təsərrüfatlarının gəlirlərinin artırılması layihəsinin montiroinqini aparmaqdan ibarətdir. Bu, İCARDA-nın Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən geniş layihəsidir.

Layihə ilin sonunda başa çatır və əlaqələndirici onun yerlərdə gerçəkləşdirilməsi vəziyyəti ilə tanış olacaq.

Səfər çərçivəsində R.Paroda əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmək üçün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovla görüşmək niyyətindədir.

ICARDA 1977-ci ildə təsis olunub və qərargah mənzili Aleppoda (Suriya) yerləşir.

Xəbər lenti

Xəbər lenti