...

Azərbaycanda 28 631 ailə ünvanlı sosial yardım alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2006 16:10 (UTC +04:00)

Sentyabrın 1-nə olan vəziyyət üzrə ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 263 928 ailə müraciət edib. Trend in nazirliyin məlumatına istinadən xəbər verdiyi kimi, ancaq 62 435 ailənin sənədləri qeydiyyata alınıb (23,7%), komissiyalarda isə 45094 ailənin sənədlərinə baxılıb (72,2%). Onlardan 28631 ailəyə (63,5%) yardım təyin olunub və 125 186 nəfər bu yardımı alacaq.

Nazirlər Kabinetinin qərarı ilə ünvanlı sosial yardım almaq üçün "ehtiyac meyarı" 30 manat (150 min köhnə manat) həcmində müəyyən edilib. Ünvanlı yardım alacaq ailələr üçün ilkin olaraq 1 248,191 min manat tələb olunur. Bu halda hər ailəyə orta hesabla 43,6 manat düşür.

Sənədlərin uyğun olmaması ilə əlaqədar 14 694 ailəyə (32,59%) yardım müəyyən olunmayıb.

Sentybarın 1-nə olan vəziyyət üzrə dövlətdən müxtəlif növ sosial yardım alan ailələrin sayı 11 545 (40,3%), ilk dəfə dövlət yardımı alan ailələrin sayı isə 17 086 (59,7%) təşkil edir.

Ünvanlı sosial yardımın verilməsi üçün 2006-cı ilin dövlət büdcəsindən 72 mln. manat ayrılıb. Ancaq yardımın yarım il ərzində veriləcəyi ilə əlaqədar büdcə vəsaitlərinə qənaət oluna bilər. Ünvanlı sosial yardım Dünya bankı və TACİS ilə iki birgə layihə çərçivəsində tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti