...

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" SES və Taxtakörpü su anbarının inşası çərçivəsində şirkətlərin təkliflərini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2006 12:18 (UTC +04:00)

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" SES və Taxtakörpü su anbarının inşası çərçivəsində 3 şirkətin tender təkliflərini nəzərdən keçirir. Dövlət strukturundan Trend ə verilən məlumata görə, tenderdə iştirak etmək üçün 5 şirkət ərizə verib. Ancaq konkret tender təklifləri yalnız 3 şirkət tərəfindən daxil olub. Bunlardan ikisi türk şirkəti, 1-i isə türk və Azərbaycan şirkətləri konsorsiumudur. Tenderdə iştirakın dəyəri 500 AZN-dir.

Hazırda tender komissiyası təklifləri nəzərdən keçirir. Nəticələr 10 gündən sonra açıqlanacaq.

ASC-dən bildirilib ki, tikinti işlərinə bu il tenderin qalibi ilə müvafiq saziş imzalandıqdan sonra başlanacaq.

Xəbər lenti

Xəbər lenti